...

İstintaq Komitəsi: Volqoqrad vağzalındakı partlayışda 14 nəfər ölüb, 34-ü xəsarət alıb (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 29 Dekabr 2013 17:35 (UTC +04:00)
Rusiyanın Volqoqrad şəhərinin dəmiryol vağzalında baş vermiş partlayış nəticəsində 14 nəfər ölüb, 34 nəfər isə yaralanıb. Trend-in məlumatına görə, bu barə RİA Novosti RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markinə istinadən xəbər verir.
İstintaq Komitəsi: Volqoqrad vağzalındakı partlayışda 14 nəfər ölüb, 34-ü xəsarət alıb (ƏLAVƏ OLUNUB-2)

Yeni məlumat əlavə olunub (ilk xəbər saat 13:33-də yayılıb)

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Rusiyanın Volqoqrad şəhərinin dəmiryol vağzalında baş vermiş partlayış nəticəsində 14 nəfər ölüb, 34 nəfər isə yaralanıb. Trend-in məlumatına görə, bu barə RİA Novosti RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markinə istinadən xəbər verir.

O, qeyd edib ki, ilkin məlumatlara görə, partlayış nəticəsində 14 nəfər, o cümlədən bir polis əməkdaşı həlak olub, 34 nəfər yaralı isə xəstəxanaya yerləşdirilib. Yaralılardan biri 2004-cü il təvəllüdlü uşaqdır.

Bundan əvvəl hadisə nəticəsində 18 nəfərin öldüyü, təqribən 50 nəfərin isə xəsarət aldığı bildirilirdi.

Partlayış vağzalın girişindəki metalaxtaran qurğunun yanında baş verib. Ehtimallara görə, partlayışı terrorçu-intiharçı qadın törədib. Fakt üzrə RF CM-in "Terror aktı" maddəsi üzrə cinayət işi qaldırılıb.

Vağzalın binasında olan insanlar təxliyyə edilib, hadisə yerində partlayış texnikası, OMON və kinoloqlar çalışırlar.

Faciə ilə əlaqədar 1-3 yanvar tarixlərində regionda matəm elan olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti