...

Bakı metrosunda vətəndaşların telefonlarını alıb qaçan şəxslər tutulub

Hadisə Materials 22 Yanvar 2014 11:27 (UTC +04:00)
Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin digər iştirakçısı Bakı şəhər sakini Elvin Alıyev də polis əməkdaşları tərəfindən yaxalanaraq istintaq cəlb edilib.
Bakı metrosunda vətəndaşların telefonlarını alıb qaçan şəxslər tutulub

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İzzət/

Bakı metrosunda vətəndaşların telefonlarını alıb qaçan şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 20-də metronun "Ulduz" stansiyasında Bakı şəhər sakini Rəhman Hacıyev və digər şəxs Füzuli rayon sakini Baloğlan Abdullayevin mobil telefonunu zorla əlindən alıb qaçan zaman R.Hacıyev orada xidmətdə olan Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin digər iştirakçısı Bakı şəhər sakini Elvin Alıyev də polis əməkdaşları tərəfindən yaxalanaraq istintaq cəlb edilib.

Bakı metrosunda törədilmiş digər cinayətin də iştirakçıları tutulub. Yanvarın 14-də metronun "Memar Əcəmi" stansiyasında naməlum şəxs Bakı şəhər sakini Tale Səmədovun etibarından sui-istifadə edərək mobil telefonunu danışmaq adı ilə alıb qaytarmayıb. Metropolitendə Polis Şöbəsi cinayət-axtarış qrupu əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Naməddin Cabbarlı və Tərtər rayon sakini Araz İbrahimli tutulublar.

Hər iki fakt üzrə cinayət işi açılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti