Azərbaycan, Bakı, 24 yanvar /Trend/
Samux sakini siçan dərmanından zəhərlənib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 23-də Abşeron rayonu Novxanı qəsəbə sakini, azyaşlı Əsrahim Məmmədli, Masazır qəsəbə sakini Fidan Musayeva, Gəncə şəhər sakini Günel Məmmədova dərmandan, Samux rayon sakini Nüşabə Məhərrəmova isə siçan dərmanından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.