...

Bakının mərkəzində vətəndaşı yumruqla vuraraq pul kisəsini əlindən alıb qaçan şəxs tutulub

Hadisə Materials 7 Fevral 2014 11:07 (UTC +04:00)
Bakının Nəsimi rayonunda paytaxt sakininə qarşı quldurluq etmiş şəxs tutulub.
Bakının mərkəzində vətəndaşı yumruqla vuraraq pul kisəsini əlindən alıb qaçan şəxs tutulub

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/

Bakının Nəsimi rayonunda paytaxt sakininə qarşı quldurluq etmiş şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 6-sı saat 18 radələrində paytaxtın Bül-Bül prospektində naməlum şəxs Bakı şəhər sakini Natiq Həsənovun üz nahiyəsindən yumruqla vuraraq pul kisəsini əlindən alıb qaçıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi və Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən həmin şəxs tutulub.

Məlum olub ki, bu əməli əvvəllər məhkum olunmuş Oqtay Əliyev törədib. Tutularkən O.Əliyevin üzərindən 2,822 qram tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti