...

Şəmkirdə kürəkən keçmiş qayınanasının evini talayıb

Hadisə Materials 5 Mart 2014 19:08 (UTC +04:00)
Şəmkirin Təzəkənd sakini Ziyafət Rzayevanın mənzilindən pul və qiymətli əşyalar oğurlanıb.
Şəmkirdə kürəkən keçmiş qayınanasının evini talayıb

Azərbaycan, Bakı, 5 mart /Trend/

Şəmkirin Təzəkənd sakini Ziyafət Rzayevanın mənzilindən pul və qiymətli əşyalar oğurlanıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəsini törədən ev sahibinin keçmiş kürəkəni 24 yaşlı Tural Yaqubov saxlanılıb. O, oğurladığı əşyaların bir qismini polisə təhvil verib.

Müstəntiq Taleh Şamilov bildirib: "Təzəkənd kənd sakini Ziyafət Rzayeva Şəmkir rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxslər ona məxsus mənzilə qanunsuz olaraq daxil olaraq oradan 850 manat pulunu, noutbukunu və qızıl-zinət əşyalarını oğurlayıblar. Aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluğu əvvəllər Ziyafət Rzayevanın qızı Zərifə Rzayevanın keçmiş nişanlısı olan Seyfəli kənd sakini Yaqubov Tural Vəli oğlunun törətdiyi müəyyən edilib".

İlkin ifadəsi zamanı törətdiyi əməli səmimi etiraf edən T.Yaqubov cinayətə imkansızlıq ucbatından əl atdığını deyib. O, digər həmyaşıdlarına tövsiyə verməyi də unutmayıb: "Əməlimdən çox peşmanam. Məni izləyənlərə demək istəyirəm ki, heç kim bu yola düşməsin. Bu gün burada əyləşməyimə görə peşmanam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti