Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/
Bakı İstintaq təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
Trend Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Suxra Kamalovna Qasımovanın yanına qısa müddətli görüşə gəlmiş Rusiya Federasiyası vətəndaşı Leyla Abdulqadjiyevna Kuliyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əl çantasından daxilində "Meqafon" danışıq kartı olan 1 (bir) ədəd "Samsung" markalı mobil telefon aparatı, daxilində "Bilayn" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 (bir) ədəd "Meqafon" danışıq kartı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.