Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin cənub-şərqində yerləşən Hakkari vilayətində Rixter cədvəli üzrə dörd bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Milliyət" qəzeti xəbər yayıb.
Boğaziçi Universiteti yanında Qəndilli Rəsədxanası və Seysmoloji Araşdırmalar İnstitutunun məlumatına görə, zəlzələ çərşənbə axşamı yerli vaxtla saat 08:16-da 5 kilometr dərinlikdə baş verib. Zəlzələnin episentri vilayətin Keçitli kəndində olub.
Zəlzələ yerli sakinlər arasında təşvişə səbəb olub.
İlkin məlumatlara görə, dağıntı və tələfat yoxdur.