Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İ.İzzət/
Bakıda tanışını corabla boğan qadın polisə təslim olub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 29-da Bakı şəhər sakini Sevinc Hüseynova M.Ə.Rəsulzadə qəsəbəsi Musabəyov küçəsində yaşayan tanışı Yasəmən Salıyevanın mənzilinə gələrək şəxsi münaqişə zəminində onu kapron corabla boğaraq öldürüb.
S.Hüseynova ertəsi gün, martın 30-da könüllü olaraq Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsinə gələrək təslim olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.