...

Məhkuma gətirilən çaydan tiryək çıxdı

Hadisə Materials 25 Aprel 2014 20:33 (UTC +04:00)
3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Məhkuma gətirilən çaydan tiryək çıxdı

Azərbaycan, Bakı, 25 aprel /Trend/

3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edilmiş Elnur Elxan oğlu Kazımova tanışı vətəndaş İmanxan Millət oğlu Məmmədovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı quru çayın içərisində gizlədilmiş, sellofana bükülmüş, xalis çəkisi 3,343 qram olan narkotik maddə - tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti