Azərbaycan, Bakı, 5 iyun /Trend/
2 və 3 saylı İstintaq təcridxanalarında mobil telefon aparatları aşkar edilib. Bu barədə Trend-ə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilmiş şəxs Emin Şahin oğlu Əsgərovun üzərinə və kamerasına baxış keçirilən zaman əynində olan şalvarın cibindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsinə əsasən həbs edilmiş şəxs Samir Zahid oğlu Musayevin üzərinə və kamerasına baxış keçirilən zaman ayaqqabısının içindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 (bir) ədəd "Cin" danışıq kartı aşkar edilərək götürülüb.
Faktlar üzrə araşdırma aparılır.