...

Neftçala sakini əmisi oğlunu bıçaqlayıb

Hadisə Materials 15 İyul 2014 12:42 (UTC +04:00)
Əmisinin oğluna bıçaqla xəsarət yetirmiş Neftçala rayon sakini tutulub.
Neftçala sakini əmisi oğlunu bıçaqlayıb

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/

Əmisinin oğluna bıçaqla xəsarət yetirmiş Neftçala rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 14-də Neftçala rayonu ərazisində rayon sakini Böyükağa Samurov münaqişə zəminində əmisinin oğlu İlqar Samurova bıçaqla xəsarət yetirib.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Samurov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti