...

Rusiya FHN Moskva metrosundakı qəzada 22 nəfərin öldüyünü təsdiqləyib

Hadisə Materials 16 İyul 2014 11:51 (UTC +04:00)
Rusiya Fövqəladə Hallar Nazirliyi Moskva metrosundakı qəzada 22 nəfərin öldüyünü, xəstəxanalarda 129 xəsarət alanın olduğunu təsdiqləyib.
Rusiya FHN Moskva metrosundakı qəzada 22 nəfərin öldüyünü təsdiqləyib

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Rusiya Fövqəladə Hallar Nazirliyi Moskva metrosundakı qəzada 22 nəfərin öldüyünü, xəstəxanalarda 129 xəsarət alanın olduğunu təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər yayıb.

Bir müddət əvvəl paytaxtın səhiyyə dairələrindəki mənbə 22 nəfərin həlak olduğunu xəbər vermişdi.

Rusiya FHN-nin rəsmi nümayəndəsi Aleksandr Drobışevski bildirib: "Təəssüf ki, 22 nəfər ölümlə sonuclanan xəsarətlər alıb. 129 nəfər Moskvanın tibb müəssisələrinə yerləşdirilib".

Çərşənbə axşamı paytaxt metrosunda "Park Pobedı" - "Slavyanskiy bazar" atansiyaları arasında qəfil dayanmadan sonra üç vaqon relsdən çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti