Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlkin İzzət/
Azərbaycan Ordusunun leytenantı bədbəxt hadisə nəticəsində ölüb.
Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı "N" saylı hərbi hissəsində baş verən bədbəxt hadisə nəticəsində leytenant Vüsal Arif oğlu Qurbanov dünyasını dəyişib.
Faktı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiq edərək bildiriblər ki, hazırda faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, leytenant V.Qurbanov Naxçıvan MR-nın Babək rayonundan xidmətə çağırılıb və 2006-cı ildə hərbi xidmətə başlayıb.