Azərbaycan, Bakı, 24 iyul /Trend/
3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Elnur Mətləb oğlu Abıyevə xalası oğlu Cəbrayıl Gündüz oğlu Rəcəbovun gətirdiyi sovqata baxış keçirilib.
Baxış zamanı "Head and Shoulders" şampun qabının içərisində 4 (dörd) ədəd sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 3.99 qram olan narkotik vasitə - marixuana, xalis çəkisi 2.490 qram olan narkotik vasitə - tiryək, xalis çəkisi 0.52 qram olan narkotik vasitə - həşiş qatranı və xalis çəkisi 0.573 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.