...

Bakıda 22 yaşlı fəhlə elektrik cərəyanı vurmasından ölüb

Hadisə Materials 29 Avqust 2014 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İlkin İzzət/

Bakıda 22 yaşlı fəhlə elektrik cərəyanı vurmasından ölüb.

Binəqədi Rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Piriyev Elşən Eyvaz oğlu avqustun 28-də Binəqədi rayonu Baksol massivindəki yarımçıq tikilidə elektrik cərəyanı vurması nəticəsində ölüb.

E.Priyev tikilməkdə olan binada fəhlə işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti