...

Bakı metrosunda videokamera oğurlayan şəxs tutulub

Hadisə Materials 22 Sentyabr 2014 10:19 (UTC +04:00)
Bakı metrosunda videokamera oğurlayan şəxs tututlub.
Bakı metrosunda videokamera oğurlayan şəxs tutulub

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakı metrosunda bir həftə əvvəl oğurluq edən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də metronun "Nərimanov" stansiyasında Astara rayon sakini Rəşad Məhərrəmova məxsus videokamera qatarda oturacağın üzərindən oğurlanıb.

Metropolitendə Polis Şöbəsində Cinayət-Axtarış Qrupunun keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elxan Tağıyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti