Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İlkin İzzət/
Şəki şəhər sakini Bakıda fəhlə işləyərkən yıxılaraq ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 2-də Şəki şəhər sakini Yusif Malikli Qaradağ rayonu Sahil qəsəbəsində fəhlə işlədiyi mənzildə quraşdırılmış dayağın qırılması nəticəsində yıxılaraq ölüb.
Faktla əlaqədar araşdırma aparılır.