Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İlkin İzzət/
Bakıdakı 3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Zaur Xələf oğlu Kazımovun yanına qısamüddətli görüşə gəlmiş anası - Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 144, mənzil 82 ünvanında yaşayan vətəndaş Zöhrə Xanmirzə qızı Kazımovanın üzərinə və əşyalarına baxış keçirilib.
Baxış zamanı onun əynində olan pencəyin cibindən içərisində "Sim" və "Cin" danışıq kartları olan 1 ədəd "Samsung Duos" markalı telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Z.Kazımov Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən həbs edilib.
Fakt üzrə araşdırma aparılır.