Azərbaycan, Bakı, 25 oktyabr /Trend/
Sabunçu dəmiryol stansiyasının ərazisində elektrovozla vurulmuş şəxsin şəxsiyyəti müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 16-da Sabunçu dəmiryol stansiyasının ərazisində elektrovozla vurulduğundan hadisə yerində ölmüş şəxsin Bakı şəhər sakini Xandadaş Malxasov olduğu müəyyən edilib.