...

Təcrixanaya qardaşı üçün narkotik maddə keçirmək istəyən Gəncə sakini saxlanılıb (FOTO)

Hadisə Materials 14 Noyabr 2014 13:09 (UTC +04:00)
Bakıya məhkum qardaşına narkotik maddə gətirən Gəncə sakini saxlanılıb.
Təcrixanaya qardaşı üçün narkotik maddə keçirmək istəyən Gəncə sakini saxlanılıb (FOTO)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıya məhkum qardaşına narkotik maddə gətirən Gəncə sakini saxlanılıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan şəxs İlham Gülməmməd oğlu Məmmədova qardaşı, Gəncə şəhər sakini Fikrət Gülməmməd oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Emrooz" yuyucu tozunun içərisində xüsusi üsulla gizlədilmiş, xalis çəkisi 2.43 qram olan narkotik maddə - marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, İlham Məmmədov Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq; bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti