Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda istintaq təcridxanasına kolbasanın içində telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan Namiq Kərim oğlu Babayevə tanışı Ağdam şəhər sakini Çingiz Novruz oğlu Haqverdiyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "SAB" kolbasasının içərisində sellofana bükülərək xüsusi üsulla gizlədilmiş 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.
Qeyd edək ki, N.Babayev Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən həbs edilib.
Fakt üzrə araşdırma aparılır.