...

Şəkidə iki VAZ toqquşub: 2 ölü, 3 yaralı

Hadisə Materials 13 Dekabr 2014 13:08 (UTC +04:00)
Şəki rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Şəkidə iki VAZ toqquşub: 2 ölü, 3 yaralı

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İlkin İzzət/

Şəki rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 12-də saat 10 radələrində Şəki rayonunun Birinci Biləcik kəndində kənd sakini Təbriz Qurbanovun idarə etdiyi "VAZ-2103" markalı və Qax rayon sakini Ramazan Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.

Hər iki sürücü hadisə yerində ölüb. T.Qurbanovun 2 sərnişini, habelə R.Məmmədovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti