...

Məhkumun qardaşı və dostunun "corab əməliyyatı" (FOTO)

Hadisə Materials 27 Yanvar 2015 17:14 (UTC +04:00)
Həbxsanaya məhkumun yanına gələn qardaşı və dostu “corab əməliyyatı” ilə özlərini çətin vəziyyətdə qoydular.
Məhkumun qardaşı və dostunun "corab əməliyyatı" (FOTO)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlkin İzzət/

Həbxsanaya məhkumun yanına gələn qardaşı və dostu "corab əməliyyatı" ilə özlərini çətin vəziyyətdə qoydular.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Emil Firdovsi oğlu Əlizadənin yanına qısamüddətli görüşə gəlmiş dostu, Bakı şəhər sakini Etibar Seyran oğlu Bədəlovun və qardaşı, Cəlilabad rayon sakini Tunar Firdovsi oğlu Əlizadənin üzərinə baxış keçirilib.

Baxış zamanı vətəndaş E.Bədəlovun hər iki corabında gizlədilmiş, 2 ədəd bükülüdə xalis çəkisi 5,584 qram olan narkotik vasitə - tiryək və xalis çəkisi 11,4 qram olan narkotik vasitə - həşiş qətranı, vətəndaş T.Əlizadənin hər iki corabında gizlədilmiş, 1 ədəd "Nokia", 1 ədəd "Kenxinda" markalı mobil telefon aparatı və 1 ədəd qulaqcıq aşkar edilərək götürülüb.

Qeyd edək ki, E.Əlizadə Cinayət Məcəlləsinin 221.1,29; 120.2.2 və 66.3-cü maddələrinə əsasən 7 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti