Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İlkin İzzət/
Üzərinə avtokar aşmış paytaxt sakini ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 2-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşən "Titan" ASC-nın həyətində, orada fəhlə işləyən qəsəbə sakini Nicat Fərəcullayevin üzərinə avtokar aşıb.
Xəstəxanaya yerləşdirilmiş N.Fərəcullayev orada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.