Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlkin İzzət/
Bakıda 26 yaşlı qadın pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2014-cü il yanvarın 20-də 05 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Arzu Nəsirovanın evindən 700 manat, 500 ABŞ dollar və qızıl-zinət əşyaları oğurlanıb.
Binəqədi rayon Polis İdarəi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Vəfa Saməddin qızı Zeynalova müəyyən olunaraq tutulub.