...

Gəncədə binanın zirzəmisində yanğın olub

Hadisə Materials 6 Mart 2015 07:21 (UTC +04:00)
Bu gün səhər saat 6 radələrində Gəncə şəhər Kəpəz rayon 4-cü mikrorayonda bina 29, mənzil 1-in zirzəmisində yanğın olub
Gəncədə binanın zirzəmisində yanğın olub

Azərbaycan, Bakı, 6 mart /Trend/

Bu gün səhər saat 6 radələrində Gəncə şəhər Kəpəz rayon 4-cü mikrorayonda bina 29, mənzil 1-in zirzəmisində yanğın olub.

Şahidlərin sözlərinə görə, yanğın binanın zirzəmisində yığılıb qalan kağızların alışması səbəbindən yaranıb.

Trend-in Kəpəz TV-yə istinadan verdiyi məlumata görə, hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin 2 avtomobili gəlib və yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti