...

Ağstafada qadın elektrovozun altında qalaraq ölüb

Hadisə Materials 7 Mart 2015 13:32 (UTC +04:00)
Ağstafa Dəmir Yolu Stansiyasında elektrovozla vurulmuş adam hadisə yerində ölüb.
Ağstafada qadın elektrovozun altında qalaraq ölüb

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İlkin İzzət/

Ağstafa Dəmir Yolu Stansiyasında elektrovozla vurulmuş adam hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 6-da saat 02 radələrində Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində elektrovozla Qaçaq Kərəm kənd sakini İradə Abbasova vurulub. Nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti