...

Qadınlar, şəhərdə gəzərkən pul kisənizdən ehtiyatlı olun

Hadisə Materials 10 Mart 2015 15:21 (UTC +04:00)
Qadının pul kisəsini əlindən zorla almış Bakı şəhər sakini tutulub.
Qadınlar, şəhərdə gəzərkən pul kisənizdən ehtiyatlı olun

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlkin İzzət/

Qadının pul kisəsini əlindən zorla almış Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 9-da Yasamal rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Leylaxanım Zeynalovaya zor tətbiq edərək içərisində 97 manatı və 3 ABŞ dolları, habelə sənədləri olan pul kisəsini alıb.

Yasamal rayon Polis İdarəsi 27-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Əfsun Hüseynov tutulub.

Qeyd edək ki, Ə.Hüseynov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti