...

Bibisigildən oğurluq edən tələbə saxlanıldı (VİDEO)

Hadisə Materials 18 Mart 2015 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Abşeron polisi bibisinin evindən oğurluq etməkdə şübhəli bilinən Həsən Əfəndizadəni yaxalayıb.

Trend Region TV-yə istinadən xəbər verir ki, tələbə olan Həsən Əfəndizadə oğurluq etdiyi vaxt bibisigil Bərdədə toyda olub.

Pəncərəni sındıraraq evə daxil olan Həsən Əfəndizadə oradan 43 min manat məbləğində pul və xeyli zinət əşyaları oğurlayıb.

Saxlanılan şəxs deyib: "Bilirdim ki, evdə heç kim yoxdur. Darvazadan içəri tullandım, reşotkanı dəmirlə açıb evə girdim, pulları götürüb çıxdım. 2 minə yaxın borcum var idi, onu ödədim, qalanını qaytardım".

Faktla əlaqədar Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti