...

Bakıda taksi sürücüsündən sərnişinə qarşı soyğunçuluq

Hadisə Materials 1 May 2015 12:14 (UTC +04:00)
Bakıda taksi sürücüsü gecə vaxtı sərnişininə qarşı sorğunçuluq edib.
Bakıda taksi sürücüsündən sərnişinə qarşı soyğunçuluq

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İlkin İzzət/

Bakıda taksi sürücüsü gecə vaxtı sərnişininə qarşı sorğunçuluq edib.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 17-də 02:30 radələrində Cavadxan küçəsində 1982-ci il təvəllüdlü Rəşad Vaqif oğlu Nəcəfov taksi kimi idarə etdiyi "Mercedes" markalı avtomobilə əyləşən sərnişin, Bakı şəhər sakini Kamil Kərimovun içərisində 230 manat olan pul kisəsini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinərək tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti