...

Azərbaycana bağırsaqda və corabda narkotik vasitələr keçirmək istədilər

Hadisə Materials 14 May 2015 17:47 (UTC +04:00)
İrandan Azərbaycana bağırsağında və corabında narkotik vasitələr keçirmək istəyən şəxslər tutulub.
Azərbaycana bağırsaqda və corabda narkotik vasitələr keçirmək istədilər

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İlkin İzzət/

İrandan Azərbaycana bağırsağında və corabında narkotik vasitələr keçirmək istəyən şəxslər tutulub.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrükİdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Aqşin Ağayevin üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 49,996 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda isə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı İlkin Mahmudovun üzərində şəxsi yoxlama zamanı onun ayağındakı corabların hər birinin içərisində cəmi 4 ədəd büküm olmaqla, ümumi xalis çəkisi 7,79 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti