Azərbaycan, Bakı, 20 iyul /Trend/
Mingəçevirdə "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Mingəçevir-Xaldan yolunun 3-cü kilometrliyində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb.
Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1989-cu il İsrafilov Xəyal Sahil oğlunun meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 01:50-də başa çatıb.