...

Lənkəranda ferma yanıb - xeyli sayda heyvan tələf olub

Hadisə Materials 11 Avqust 2015 17:05 (UTC +04:00)
Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1000 kv.m olan fermanın içərisinə yığılmış 160 ton ot bağlaması yanaraq yararsız hala düşüb.
Lənkəranda ferma yanıb - xeyli sayda heyvan tələf olub

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Elmir Murad/

Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1000 kv.m olan fermanın içərisinə yığılmış 160 ton ot bağlaması yanaraq yararsız hala düşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı fermanın içərisində 4 baş at və sayı məlum olmayan ev quşları tüstüdən boğularaq tələf olub.

Hadisə yerinə gələn yanğınsöndürənlər fermanı yanğından mühafizə edərək onun miqyasının genişlənməsinə imkan verməyib.

Yanğın saat 18:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti