...

Oğru qadını bankomatdan pul çıxarması ələ verdi

Hadisə Materials 19 Avqust 2015 14:12 (UTC +04:00)
Pirallahı qəsəbə sakininin pul kisəsinin oğurlayan qadın tutulub.
Oğru qadını bankomatdan pul çıxarması ələ verdi

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir İlkin İzzət/

Pirallahı qəsəbə sakininin pul kisəsinin oğurlayan qadın tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 7-də Pirallahı qəsəbə sakini İsmayıl Abbasov RPŞ-yə müraciət edərək içərisində 417 manat, sənəd və hesabında 540 manat olan bankomat kartı olan pul kisəsini itirməsini bildirib.

Araşdırmalar zamanı pul kisəsinin qəsəbə sakini Aygün Əliyeva tərəfindən oğurlanması və kartın hesabında olan 540 manatın çıxarılması müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti