...

Xalça oğrusundan marixuana çıxdı

Hadisə Materials 26 Avqust 2015 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İlkin İzzət/

Bakıda mühafizə polisinin əməkdaşları xalça oğrusu tutublar.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, avqustun 26-da saat 06:00 radələrində Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun B.Nuriyev küçəsində yerləşən 29 nömrəli binanın qarşısından Rəşad Qasımova məxsus 2 ədəd 250 manat dəyərində olan xalçaları oğurlayan Şamaxı rayon sakini, əvəllər məhkum olunmuş, 1973-cü il təvəllüdlü Umudov Famil Muxtar oğlunu saxlayaraq Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə təhvil veriblər.

Bölmədə F.Umudovun üzərinə baxiş zamanı 5.36 qram narkotik vasitə olan "marixuana" aşkar edilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti