...

Bərdədə Mərkəzi Poçt binasında yanğın olub

Hadisə Materials 7 Sentyabr 2015 09:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bərdə şəhərində 4 mərtəbəli Mərkəzi Poçt binasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə şəhərində 4 mərtəbəli Mərkəzi Poçt binasının 2-ci mərtəbəsində çöl divarından keçən kommunikasiya xətləri 1 p.m yanıb.

Poçtun binası yanğından mühafizə olunub.

Yanğın saat 02:48-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti