Azərbaycan, Bakı, 21 sentyabr /Trend/
Bu gün günorta saatlarında Gəncədə fəhlə ölümü ilə nəticələnən hadisə baş verib.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, tikinti işləri aparan zaman kimliyi hələ məlum olmayan kişi yıxılaraq dünyasını dəyişib. Mərhum ətrafdakıların köməyi ilə Gəncə şəhər TTYX-yə aparılsa da, yolda dünyasını dəyişib.
Meyit hazırda Məhkəmə Tibbi Ekspertiza və Patologiya Birliyinin Gəncə şəhər şöbəsində müayinə olunur və kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.