...

İki gənc 50 manatın güdazına getdi

Hadisə Materials 22 Sentyabr 2015 10:53 (UTC +04:00)
Bakıda soyğunçuluq etdiyinə görə, iki gənc tutulub.
İki gənc 50 manatın güdazına getdi

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda soyğunçuluq etdiyinə görə, iki gənc tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BPİ) Trend-ə verilən məlumata görə, avqustun 3-də Süleyman Rüstəm küçəsində naməlum şəxslər Bakı şəhər sakini Sevdiməli Abdullayevdən iki manat pul istəyib, S.Abdullayev pul kisəsini açdıqda isə onlar 50 manat götürüb qaçıblar.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1996-cı il təvəllüdlü Fərid Xasməmmədov və 1997-ci il təvəllüdlü Rüstəm Rüstəmov tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti