...

Xaricdən Azərbaycana gələnlərdə “beşbarmaq” aşkar edildi

Hadisə Materials 14 Oktyabr 2015 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Elmir Murad/

Bodrum-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından "beşbarmaq" aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Türkiyədən gələn Ramal Məmmədov gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun yükü rentgen aparatı ilə yoxlanılıb və monitorda "beşbarmağ"a bənzər əşyanın təsviri görünüb.

Həmin baqaja təkrar baxış zamanı R.Məmmədova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar olunub.

İlkin araşdırma zamanı R.Məmmədov izahatında aşkar olunan "beşbarmağ"ı Türkiyədən suvenir kimi aldığını və qadağan olunduğunu bilmədiyinə görə Azərbaycana gətirdiyini bildirib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşya "beşbarmaq" tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır.

Buna bənzər daha bir qaçaqmalçılıq faktı Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda qeydə alınıb. Burada İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Vüqar Məmmədovun çantasına baxış zamanı çantanın içərisindən kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik və soyuq silah hesab edilən 1 ədəd "beşbarmaq" aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti