...

Avtobuslarda cibgirliklə məşğul olan şəxs tutulub

Hadisə Materials 19 Noyabr 2015 12:37 (UTC +04:00)
Polis Bakıda cibgirlik edən şəxsi saxlayıb.
Avtobuslarda cibgirliklə məşğul olan şəxs tutulub

Bakı. Elmir Murad - Trend:

Polis Bakıda cibgirlik edən şəxsi saxlayıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə daxil olan məlumata görə, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Ramil Məlikov tutulub.

Şübhəli şəxsin üzərindən 0,153 qram heroin aşkar olunaraq, götürülüb. Onun ətrafında keçirilən əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən edilib ki, Ramil Məlikov noyabrın 11-də 77 saylı xətt avtobusunda Bakı şəhər sakinləri - Aysel Xəlilovanın, noyabrın 15-də və 16-da 96 saylı xətt avtobusunda Xəyalə Manaflının, Zöhrə Salmanovanın əl çantalarından pul, sənədlər və bank kartlarını gizli yolla talayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti