Bakı. Trend:
Yeni ilin ilk günündə respublikanın bir sıra yerlərində yanğın hadisələri qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Sabirabad rayonu, Ulacalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 32 kv.m və döşəməsi 20 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin eyvanında şkaf, içərisindəki əşyalar 5 kv.m sahədə və eyvanın qapı-pəncərəsi yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakının Binəqədi rayonunda isə ikimərtəbəli kommunal tipli binanıın 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 34 kv.m olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd divan və soyuducu yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bundan başqa, Beyləqan rayonu, Aşağı Çəmənli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlaması yanıb. Yaxınlıqdakı digər ot bağlamaları yanğından mühafizə olunub. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həmçinin Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 38 kv.m olan 2 otaqlı mənzilin 1 otağının tüstü bacasının ətrafı 2 kv.m sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qazax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 70 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.