Bakı. Trend:
Bakıda zor tətbiq edərək vətəndaşın pul kisəsini alan şəxs saxlanılıb.
Trend Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, fevralın 3-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Zemfira Quliyevaya zor tətbiq edib içərisində 38 manat və 2 ədəd mobil telefon kartı olan pul kisəsini alıb.
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Salyan rayon sakini Ramil Səfərov tutulub.