...

Bakıda bir gecədə iki ev yanıb

Hadisə Materials 11 Fevral 2016 01:56 (UTC +04:00)
Bakıda bir gecədə iki ev yanıb.
Bakıda bir gecədə iki ev yanıb

Bakı. Trend:

Bakıda bir gecədə iki ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 64 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Sabunçu rayonunda da ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının, yanar konstruksiyaları və dam örtüyü 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti