...

Ağdam rayonunda ev yanıb

Hadisə Materials 2 Mart 2016 17:04 (UTC +04:00)

Bakı. Trend:

Gündüz saatlarında Ağdam rayonunda yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, rayonun Alıbəyli kəndində (rayon mərkəzindən 12 aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m birmərtəbəli 4 otaqdan ibarət evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 kv.m sahədə yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti