...

Nardaranda ağır yol qəzası: 1 ölü, 6 yaralı

Hadisə Materials 9 May 2016 12:59 (UTC +04:00)
Bakıda ağır yol qəzası baş verib.
Nardaranda ağır yol qəzası: 1 ölü, 6 yaralı

Bakı. Trend:

Bakıda ağır yol qəzası baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 8-də saat 23 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində Maştağa qəsəbə sakinləri Rəşad Əsgərovun idarə etdiyi "Daewoo" və Əlisəttar Mirzəyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə hər 2 sürücü və Ə.Mirzəyevin 3 sərnişini, habelə R.Əsgərovun 1 sərnişini Sahib İsmayılov xəstəxanaya yerləşdirilib, onlardan Ağamehdi Mirzəyev orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti