...

12 yaşlı oğlan itkin düşüb (FOTO)

Hadisə Materials 18 İyun 2016 12:49 (UTC +04:00)
Azyaşlı təhsil aldığı hazırlıq kursundan çıxaraq bir daha geri qayıtmayıb.
12 yaşlı oğlan itkin düşüb (FOTO)

Bakı. Trend:

Şəkidə azyaşlı təhsil aldığı hazırlıq kursundan çıxaraq bir daha geri qayıtmayıb.

Trend Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şəki rayonu, Kiçik Dəhnə kəndində Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 49, mənzil 16-da pasport qeydiyyatında olan Əhmədova Bənzər Hamil qızı 13.06.2016-cı il tarixdə Şəki ŞRPŞ-yə ərizə ilə müraciət edərək, Şəki şəhərində yerləşən "Çələbixan" hazırlıq kursunda təhsil alan 06.12.2004-cü il təvəllüdlü nəvəsi Əhmədov İlkin Rəhman oğlunun 11.06.2016-cı il tarixdə təhsil aldığı hazırlıq kursundan çıxaraq naməlum istiqamətə getməsini və bir daha geri qayıtmayaraq itkin düşməsini bildirib.

İlkin Əhmədovun əynində sarımtıl rəngli köynək, qara rəngli kvadrat xətləri olan şalvar, göy rəngli ayaqqabı və çiynində göy rəngli məktəbli çantası olub.

İtkin düşən şəxs barədə məlumatı olanlardan Şəki ŞRPŞ-yə aşağıdakı telefon nömrələrinə məlumat vermələri xahiş olunur:

(02424) 4-25-50; 4-74-78; (050) 744-06-44

Məqalədə:
Xəbər lenti

Xəbər lenti