Bakı. Trend:
Özbəkistan vətəndaşına qarşı dələduzluq etməkdə şübhəli bilinən Astara rayon sakini saxlanılıb.
Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Özbəkistan vətəndaşı Dürdanə Abdullayevanın 500 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Astara rayon sakini Famil İsmayılov saxlanılıb.