...

Gəncədə yanğın

Hadisə Materials 3 Sentyabr 2016 04:18 (UTC +04:00)
Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.
Gəncədə yanğın

Bakı. Trend:

Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m dəmir konstruksiyalı qarajın icərisində "VAZ" markalı minik avtomobilinin salonu yanıb.

Avtomobilin qalan hissəsi və qaraj yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti