...

Prokuror bacısını bıçaqlayan şəxsə 15 il cəza istədi

Hadisə Materials 5 Dekabr 2016 14:19 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını bıçaqlamaqla təqsirləndirilən Ramil Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prokuror bacısını bıçaqlayan şəxsə 15 il cəza istədi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını bıçaqlamaqla təqsirləndirilən Ramil Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Prokuror R.Əhmədovun 15 il azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib. Proses dekabrın 14-nə təyin edilib.

İttihama görə, Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində 36 yaşlı Ramil Əhmədov 25 yaşlı bacısı Ramilə Əhmədovanı sosial şəbəkədən istifadə etdiyi üçün bıçaqlayıb. Xəstəxanaya çatdırılan R.Əhmədova əməliyyat edilib və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. R.Əhmədov bacısına 8 bıçaq xəsarəti yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti