...

Paytaxtda və Biləsuvarda yanğın olub

Hadisə Materials 27 Fevral 2017 09:20 (UTC +04:00)
Paytaxtda və Biləsuvarda yanğın olub.
Paytaxtda və Biləsuvarda yanğın olub

Bakı. Trend:

Paytaxtda və Biləsuvarda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı ev və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Biləsuvar rayonunda qeydə alınıb.

Rayonun Cürəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan kafenin yanar konstruksiyaları və içərisində olan əşyalar 40 m2 sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti